"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi

"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, püşkün nəticələrinə əsasən, Azərbaycan idmançılarının ilk rəqibləri müəyyənləşib.

Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 9 çəki dərəcəsində 12 cüdoçu (8 kişi, 4 qadın) ilə təmsil olunacaq. Turnirdə 59 ölkədən 374 idmançı (221 kişi, 153 qadın) mübarizə aparacaq.

Oktyabrın 29–31-də keçiriləcək Əbu-Dabi "Böyük Dəbilqə"də təsnifat mərhələsi Bakı vaxtı ilə saat 11:30-da, final bloku isə 18:00-da start götürəcək.

Qadınlar

48 kq, 1/8 final

Könül Əliyeva – Ulbusin Xakimova (Özbəkistan)

52 kq, 1/16 final

Gültac Məmmədəliyeva – Karina Yefimova (Rusiya)

70 kq, 1/16 final

Südabə Ağayeva – Nensi Nquyen (ABŞ)

+78 kq, 1/8 final

Madina Kaisinova – İrisxon Kurbanbayeva (Özbəkistan)

Kişilər

60 kq, 1/8 final

Balabəy Ağayev – David Ştarkel (Sloveniya) / Nikita Anisimov (Rusiya) cütünün qalibi

66 kq, 1/16 final

Rəşad Yelkiyev – Erbol Abasbekov (Qırğızıstan)

66 kq, 1/8 final

Ruslan Paşayev – German Kobets (Rusiya) / Tom Simxayev (İsrail) cütünün qalibi

73 kq, 1/16 final

Kamran Süleymanov – Zamoxşari Bekmurodov (Özbəkistan) / Xristos Dimitriadi (Kipr) cütünün qalibi

Hidayət Heydərov – Baysanqur Baqayev (Serbiya) / Lusian Bors Dumitresku (Rumıniya) cütünün qalibi

90 kq, 1/16 final

Elcan Hacıyev – Yosip Buliç (Xorvatiya)

+100 kq, 1/8 final

Uşanqi Kokauri – Şərifcon Nazriyev (Tacikistan) / Yakiv Xammo (Ukrayna) cütünün qalibi

Camal Qamzatxanov – Saba İnaneişvili (Gürcüstan) / Andre Umberto (Braziliya) cütünün qalibi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər