Azərbaycan Kuboku: "Kəpəz", "Şəfa" və "İmişli" növbəti mərhələdə

Azərbaycan Kuboku: "Kəpəz", "Şəfa" və "İmişli" növbəti mərhələdə
Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, 1/8 finala vəsiqə uğrunda bu gün daha 5 oyun keçirilib.
Artıq 2 görüş başa çatıb. Premyer Liqa təmsilçilərindən "İmişli" "Qaradağ Lökbatan" üzərində əzmkar qələbə qazanıb, "Şamaxı" "Hypers"i böyük hesabla üstələyib. 1-ci Liqa təmsilçilərindən "Şahdağ Qusar" ilə MOİK-in duelində isə sürpriz hesab qeydə alınıb. Füzuli Məmmədovun komandası rəqibinin qapısından 9 top keçirib.
Bu gün həmçinin, "Şəfa" "Ağstafa Gəncləri"ni, "Kəpəz" isə "Baku Sportinq"i məğlub edib.
Qeyd edək ki, ötən gün “Marafon” “Zaqatala”nı, “Qəbələ” “Mingəçevir”i, “Araz-Naxçıvan” “Şimal”ı, “Sumqayıt” “Kür-Araz”ı böyük hesabla, "Zirə" isə "Səbail"i penalti seriyasında məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb.
Günün son “Səbail” - “Zirə” matçının əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Penaltilər seriyasında isə daha dəqiq olan qonaq komanda 1/8 finala yüksəlib.
2-ci təsnifat mərhələsinin son 2 qarşılaşması ("Xankəndi" – "Gəncəbasar", "Zəngəzur" – "Karvan Yevlax") sabah baş tutacaq. "Qarabağ", "Sabah", "Neftçi" və "Turan Tovuz" mübarizəyə məhz 1/8-dən başlayacaqlar.
Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi
28 oktyabr
"İmişli" – "Qaradağ Lökbatan" 4:1
Qollar: F.Nəbiyev, 73. Seyxan Fərəcov, 86; 90. Dioqo Kardozu (Diogo Cardoso), 90+4 - Ə.Əlizadə, 44. Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Elçin Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu.
“İmişli”: 22. Sadiq Məmmədzadə, 19. Azər Salahlı (k), 70. Mehdi Tahirov, 3. Tuncay Yusifli, 33. Əkbər Eyubov, 30. Xəlil Mürsəlli, 13. Rafael Vieqaş (Rafael Viegas), 9. Dioqo Almeyda (Diogo Almeida), 10. Dioqo Kardozu (Diogo Cardoso), 7. Luis Silvestr (Luís Silvestre, Luis Silvestre), 42. Sebai Senin (Sebaï Séni, Senin Sebai).
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 17. Seyxan Fərəcov, 55. Murad Ələkbərov, 71. Abbas Zeynalov, 23. Dioqo Rollo (Diogo Rôlo, Diogo Rolo), 8. Xuan Hernandes (Juan Hernández, Juan Hernandez).
Məşqçi: Ervins Perkons (Ervīns Pērkons).
“Qaradağ Lökbatan”: 90. Fərman Bayramov, 44. Samir İbrahimov (k), 3. Nicat Əskərov, 9. Təmraz Əmircanov, 7. Rəhman Quliyev, 14. Hüseyn Hüseynli, 5. İbrahim Novruzov, 77. Nurlan Bayramov, 21. Tural Axverdiyev, 11. Əli Əlizadə, 27. Əjdər Hacılı.
Ehtiyat oyunçular: 1. Amin Fərhadzadə, 17. Sabir Allahquliyev, 6. İsa Zeynallı, 8. Ramil Orucov, 10. İlkin Əliyev, 15. Vüsal Alızadə, 88. Rəvan Abasov, 22. Kamil Mahmudov, 4. Amin Ağayev.
Baş məşqçi: Amit Quluzadə.
MOİK – "Şahdağ Qusar" 1:9
Qollar: Q.Səfərov, 46 - A.Çipesse (Agostinho Chipesse), 28; 45; 78. J.Zenqo (José Zengo, Jose Zengo), 43. M.İsayev, 54. M.Baxşalı, 58. A.Dauda (Arsène Dauda, Arsene Dauda), 63; 66. G.Əsədov, 81.
Hakimlər: Murad Səlimov, Anar Bədəlov, Zakir Şükürzadə, Pərviz İbrahimov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Binə qəsəbə stadionu.
MOİK: 1. Zeynal Əhmədzadə, 24. Tural Bayramlı, 80. Zahid Mərdanov, 5. Nihad Qurbanlı (k), 18. Elvin İsmayılov, 11. Balamirzə Soltanov, 13. Məzahir Məmmədzadə, 21. Bilal İsamyılov, 17. Qurban Səfərov, 27. Kanu Uda (Kanu Ude), 19. Maharafa Tandini.
Ehtiyat oyunçular: 22. Elbrus Kərimov, 25. Şəhriyar Əliyev, 77. Elmir Rəhimzadə, 10. Emin Zamanov, 7. Ceyhun Muxtarlı, 30. Kamran Quliyev, 99. Vidadi Cəfərov, 97. Elşad Tağıyev, 2. Firəddin Abdullayev, 3. Cavid Yadullayev, 4. Nadir Nəsibli, 8. Alexandro Herrera.
Baş məşqçi: İlham Yadullayev.
“Şahdağ Qusar”: 36. Elməddin Sultanov, 14. Vüqar Həsənov (k), 6. Xəyal Tomarov, 44. Həzrət İsayev, 15. Seymur Məmmədov, 27. Mehrac Baxşalı, 54. İdir Butrif (Idir Boutrif), 7. Aqostinyo Çipesse (Agostinho Chipesse), 11. Arsene Dauda (Arsène Dauda), 10. Joze Zenqo (José Zengo, Jose Zengo), 40. Kvaku Adjey (Kwaku Adjei).
Ehtiyat oyunçular: 75. Emil Həbibov, 1. Müşfiq Nadirov, 94. Məqsəd İsayev, 9. Famil Camalov, 4. Seymur Əliyev, 77. Aqil Nəsibov, 17. Gülağa Əsədov, 22. Mahmud Ağayev, 37. Ravil Qafarov, 21. Həmzəalı Mikayılov, 19. Fəxri Məmmədli, 66. Arsen Xalilov.
Baş məşqçi: Fizuli Məmmədov.
"Hypers" – "Şamaxı" 1:5
Qollar: M.Məmmədov, 62 - O.Məmmədov, 4. E.Adilxanov, 35. T.Dequ (Tesfager Degu), 60. H.İsmayılov, 74. T.Axvlediani, 82.
Hakimlər: Şamil İmanzadə, Elman Kərimov, Əkbər Əliyev, Nahid Xasıyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı şəhər stadionu.
“Hypers”: 13. Elnar Şabanov, 22. Asim Babazadə, 18. Vüqar Əşrəfli, 10. Taleh Hüseynzadə (k), 17. Ceyhun Rəcəbli, 5. Ramin Məhərrəmov, 19. Mahmud Məmmədov, 7. Elariz Xəlilli, 11. Samir Ağayev, 16. Nazim Həsənzadə, 2. İmran Azaxov.
Ehtiyat oyunçular: 1. Teymur Hüseynov, 9. Afiyəddin Əşrəfli, 21. Davud Mahmudov, 20. Kərəm Əhmədli, 8. Seymur Fərəci, 14. Aqil Nəzərov.
Baş məşqçi: Elsevər Bəkirzadə.
“Şamaxı”: 96. Nicat Qaragözlü, 14. Uğur Cahangirov, 2. Fariz Xeyrullayev, 97. Oruc Məmmədov, 77. Okan Təhməzli, 88. Hacıəli Şirəliyev, 10. Edqar Adilxanov (k), 66. Ceyhun Bağırzadə, 8. Teşaqer Dequ (Tesfager Degu), 19. Abdullahi Şuaybu (Abdullahi Shuaibu), 4. Rui Paşeko (Rui Pacheco).
Ehtiyat oyunçular: 1. Rikardo Fernandes (Ricardo Fernandes), 62. Abdulla Seydəhmədov, 80. Həbib İsmayılov, 7. Emil Süleymanov, 5. Emin Rüstəmov, 25. Filipe Markes (Filipe Marques), 13. Rikardo Apolinario (Ricardo Apolinário, Ricardo Apolinario), 9. Tornike Axvlediani (Tornike Akhvlediani), 11. Ayman Bouali (Aymen Bouali), 3. Jota, 52. Abdul Raşid Mumini (Abdul Rashid Mumuni).
Baş məşqçi: Azər Bağırov.
"Şəfa" – "Ağstafa Gəncləri" 9:2
Qollar: B.Dansoko (Bafodé Dansoko, Bafode Dansoko), 3;9;28. T.Fuller (Treyvon Fuller), 14;31. E.Məmmədov, 17;30. V.Qənbərov, 25. - E.Qasımov, 44 -pen. H.Alıyev, 61. L.Felipe, 87. Hakimlər: Sənan Bayramzadə, Elmin Süleymanov, Sevda Nuriyeva, Alik Yunusov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Sumqayıt. "SOCAR Polymer Arena".
“Şəfa”: 99. Məmməd Hüseynov, 3. Tərlan Quliyev (k), 28. Murad Musayev, 21. İsmayıl Zülfüqarlı, 29. Vüsal Qənbərov, 23. Nahid Əliyev, 77. Elmar Məmmədov, 18. Bafode Dansoko (Bafodé Dansoko), 8. Vlad Pop, 22. Umar Diav, 7. Treyvon Fuller.
Ehtiyat oyunçular: 97. Tiaqo Silva (Tiago Silva), 12. Əlirza Müştəbazadə, 42. Elnur Cəfərov, 55. Rauf Hüseynli, 83. Nihad Quliyev, 6. Fərid Yusifli, 10. Dilan Mertens, 4. Maudo Jarjue (Maudo Jarjué), 17. Musa Quel, 11. Andrey Draqu (Andrey Dragu), 9. Luis Felipe, 34. Kristofer Mamenqi (Christopher Mamenqi).
Baş məşqçi: Zaur Həşimov.
“Ağstafa Gəncləri”: 1. Elgün Əmiraslanov, 8. Elgün Namazov (k), 10. Cavid İmamverdiyev, 22. Adil Tağıyev, 4. Şirməhəmməd Məmmədov, 2. İlkin Allahverdiyev, 18. Eldost Qiyasbəyli, 24. Eşqin Kərimli, 13. Ramin Süleymanov, 3. Nicat Oruclu, 20. Elçin Qasımov.
Ehtiyat oyunçular: 23. Uğur Məmmədhüseynov, 17. Elgün Salıfov, 15. Yunis Hüseynov, 6. Qəşəm Məmmədov, 7. Hüseyn Alıyev.
Baş məşqçi: Əli Bağırov.
"Kəpəz" – "Baku Sportinq" 3:1
Qollar: V.Abdullayev, 2. C.Əlizadə, 77-öz qapısına. H.Babayev, 79. - Ə.Babayi, 12.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Rasim Musayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Gəncə şəhər stadionu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər