Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib.
Fanat.Az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv C Divizionunda (81-96-cı yerlər uğrunda) Cəbəllütariq (Gibraltar) seçməsi ilə üz-üzə gəlib.
Hövsan Yarış Kompleksində baş tutan görüş təmsilçilərimizin qələbəsi ilə başa çatıb - 5:1.
Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.