Azərbaycan Kubokunda 1/8 finalın 4 cütü bilindi

Azərbaycan Kubokunda 1/8 finalın 4 cütü bilindi
Dünən start götürən Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində artıq 8 oyuna yekun vurulub.
Fanat.Az-ın məlumatına görə, bununla da, 1/8 finalın ümumilikdə 11 iştirakçısının adı müəyyənləşib.
Dünən keçirilən 5 və bu günkü 3 qarşılaşmadan sonra "Araz-Naxçıvan", "Marafon" (Marathon), "İmişli", "Sumqayıt", "Qəbələ", "Şamaxı" və "Şahdağ Qusar" mərhələ adlayıb. "Qarabağ", "Sabah", "Neftçi" və "Turan Tovuz"un rəqiblərini bu raundda gözlədiyini nəzərə alsaq, ümumi say 11-ə çatır.
Artıq 1/8 finalın 4 cütü müəyyənləşib:
"Araz-Naxçıvan" - "Marafon"
"Sabah" - "İmişli"
"Sumqayıt" - "Qarabağ"
"Qəbələ" - "Şahdağ Qusar"
Digər 1/8 finalçıların adlarına bu gün və sabah baş tutacaq qalan görüşlərdən sonra aydınlıq gələcək.
Qeyd edək ki, dekabrın 1-2-də təşkil olunacaq.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər