FIBA Avropa Kuboku: "LANDAU Lions" Türkiyə təmsilçisini məğlub etdi

FIBA Avropa Kuboku: "LANDAU Lions" Türkiyə təmsilçisini məğlub etdi

Azərbaycanın "LANDAU Lions" basketbol komandası FIBA Avropa Kubokunda Türkiyənin "Denizli Basket" kollektivinə qalib gəlib.

Fanat.Az xəbər verir ki, təmsilçimiz G qrupunun IV turunun oyununda 94:86 hesablı qələbəyə sevinib.

Qarşılaşma Bakı İdman Sarayında keçirilib.

Xatırladaq ki, "LANDAU Lions" əvvəlki üç görüşün hamısında məğlub olub. Erhan Tokerin baş məşqçisi olduğu komanda Danimarkanın "Bakken Birs" (88:91), İsveçrənin "Lions de Geneve" (83:105), Slovakiyanın "Prievidza" klubuna (84:108) uduzub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər