“Çelsi” (Chelsea) və “Mançester Yunayted” (Manchester United) “Barselona”nın (Barcelona) yarımmüdafiəçisi Fermin Lopezlə (Fermín López) maraqlanır. 
Fanat.Az “El Nacional” nəşrinə istinadən xəbər verir ki, London klubu 2025-ci ildə rədd edilən əvvəlki təklifindən sonra yanvarda ispaniyalı futbolçu üçün 120 milyon avro təklif etməyi nəzərdən keçirir.

“Mançester Yunayted” də 23 yaşlı oyunçunun çıxışını izləyir, lakin rəsmi təklif irəli sürüldüyü təsdiqlənməyib.
Qeyd edək ki, Fermin 2023-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir.