UEFA Gənclər Liqasının ənənəvi üçüncü hissə tədbiri keçirilib.
Fanat.Az xəbər verir ki, “Qarabağ”ın akademiyasının komandası oyunsonrası şam yeməyində Zaqreb “Dinamo”sunu (Dinamo Zagreb) qonaq edib.

Tədbir zamanı “Qarabağ”ın kapitanı Əli Qazıbəyov rəqib komandanın kapitanına bu oyun üçün xüsusi hazırlanmış xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, qarşılaşma Zaqreb “Dinamo”sunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.