Bu gün Əbu-Dabidə (BƏƏ) "Böyük Dəbilqə" turniri start götürüb.
Fanat.Az xəbər verir ki, ilk gündə tatami üzərinə 5 Azərbaycan təmsilçisi çıxıb.
Balabəy Ağayev (60 kq) mübarizəyə 1/8 finaldan başlayıb. O, David Ştarkeli (David Shtarkeli) yenərək 1/4 finala yüksəlib.
Ruslan Paşayev (66 kq) startdan azaddırsa, bu çəki dərəcəsində yarışan digər idmançımız Rəşad Yelkiyev birinci cəhdində Erbol Abasbekovu (Qırğızıstan) üstələyərək 1/8 finalda gücünü sınayıb və bu raundda israilli Matan Kokalayevi (Matan Kokalayev) yenib.
Könül Əliyeva (48 kq) Ulbusin Hakimovanı (Özbəkistan) məğlub edərək 1/4 finala çıxıb.
Gültac Məmmədəliyeva (52 kq) başlanğıcda rusiyalı Karina Yefimovadan (Karina Yefimova) güclü olub.
Turnirə 59 ölkədən 374 cüdoçu qatılıb. Qaliblər 1000, gümüş medalçılar 700, 3-cü yeri tutacaq idmançılar isə 500 reytinq xalı qazanacaq.
Nihat