FIBA Avropa Kuboku: "Gəncə" "Sportinq"ə qarşı

FIBA Avropa Kuboku: "Gəncə" "Sportinq"ə qarşı
FIBA Avropa Kubokunda qrup mərhələsinin 4-cü turunun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Gəncə" də bu gün növbəti avrokubok matçına çıxacaq.
Qərb təmsilçisi C qrupunda üçünçü oyununda “Sportinq”i (Sporting) qəbul edəcək. Portuqaliyanın nəhəngi ilə görüş Gəncə İdman Sarayında baş tutacaq və saat 19:00-da başlayacaq.
Bu oyun "Gəncə"nin yeni baş məşqçisi, türkiyəli mütəxəssis Murad Dikmen debüt olacaq.
Qeyd edək ki, ötən tur "Rilski Sportist" ilə oyunu təxirə salınan "Gəncə" ilk turda səfərdə "Esenler Erokspor"a (63:92), ikinci turda isə evdə "Kolossus"a (62:80) məğlub olub.
Xatırladaq ki, RS və Gəncə arasında 3-cü tur matçı təxirə salınmışdı.
FIBA Avropa Kuboku
C qrupu, 4-cü tur
29 oktyabr
19:00. Gəncə (Azərbaycan) - Sportinq (Portuqaliya)
Gəncə İdman Sarayı.
Xal durumu: Esenler Erokspor (Türkiyə) - 6 xal, Sportinq (Portuqaliya) - 6, Kolossus (Yunanıstan) - 5, Universitatia (Rumıniya) - 3, Rilski Sportist (Bolqarıstan) - 2, Gəncə (Azərbaycan) - 2 xal.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər