Valverdedən “Real Madrid” azarkeşlərinə sevindirici xəbər

Valverdedən “Real Madrid” azarkeşlərinə sevindirici xəbər
“Real Madrid”in futbolçusu Federiko Valverdenin (Federico Valverde) zədəsinin ciddi olmadığı məlum olub.
Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.
Mənbənin məlumatına görə, “Barselona” (Barcelona) ilə “El-Klasiko” matçında sağ budunun arxa hissəsində ağrı hiss edən uruqvaylı yarımmüdafiəçi tibbi müayinədən keçib. Müayinələrin nəticələrinə əsasən, futbolçuda əzələ zədəsi aşkarlanmayıb.
Valverde qarşılaşmanın 62-ci dəqiqəsində əvəzlənib. O, matçdan sonra ağrı hiss etdiyini, lakin komandasına kömək etmək üçün oyuna davam etməyə çalışdığını bildirib. Futbolçu əvəzlənməsinin əsasən ehtiyat tədbiri məqsədi daşıdığını qeyd edib.
Valverdenin noyabrın 1-də “Rasinq Santander”ə (Racing Santander) qarşı keçiriləcək oyunda iştirak etməsi gözlənilir.
Qeyd edək ki, “Real Madrid” “El-Klasiko”da “Barselona”nı 2:1 hesabı ilə məğlub edib.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər