İngiltərənin “Arsenal” və “Çelsi” (Chelsea) klubları Fransanın “Monako” (Monaco) komandasında çıxış edən Paris Brunnerin transferi ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, informasiyanı “TEAMtalk” yayıb.
Mənbənin məlumatına görə, hər iki London təmsilçisi 20 yaşlı almaniyalı hücumçunun çıxışını yaxından izləyir. Futbolçunun cari mövsümdəki uğurlu çıxışı Avropanın bir sıra aparıcı klublarının diqqətini cəlb edib.
“Monako”nun maliyyə vəziyyəti qış transfer pəncərəsində Brunnerin satışını mümkün edə bilər. Fransa klubu futbolçunu uyğun təklif qarşılığında buraxmağa hazır ola bilər.
Bununla belə, “Monako” rəhbərliyinin hücumçunu mövsümün sonunadək komandada saxlamaq istədiyi bildirilir. Mümkün variantlardan biri futbolçunun yanvarda satılması və mövsümün sonunadək icarə əsasında Fransa klubunda qalmasıdır.
Qeyd edək ki, Paris Brunner 2024-cü ildə Dortmund “Borussiya”sından (Borussia Dortmund) “Monako”ya keçib. Almaniyanın U-21 millisinin üzvü olan hücumçu cari mövsümdəki məhsuldar oyunu ilə diqqət çəkir. Onun transfer dəyərinin təxminən 30 milyon funt sterlinq olduğu bildirilir.
“Arsenal” və “Çelsi” ilə yanaşı, “Barselona” (Barcelona), “Bayern Münhen” (Bayern Munich) və PSJ-nin (Paris Saint-Germain) də futbolçunun vəziyyətini izlədiyi qeyd olunur.
Əlisahib İbrahimli