CEV Çempionlar Liqası: “Turan” Xorvatiya təmsilçisi ilə üz-üzə

CEV Çempionlar Liqası: “Turan” Xorvatiya təmsilçisi ilə üz-üzə
"Turan"ın qadınlardan ibarət voleybol komandası bu gün CEV Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu turnirin 2-ci təsnifat mərhələsində Xorvatiyanın "Mladost" komandası ilə cavab görüşündə üz-üzə gələcək.
Zaqreb şəhərində təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşma “CBC Sport” telekanalında canlı yayımlanacaq.
Qeyd edək ki, tərəflər arasında ötən həftə Tovuzda baş tutan matçda Ziya Rəcəbovun baş. məşqçisi oldu komanda 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə qələbə qazanıb.
Cütün qalibi növbəti mərhələdə Bolqarıstanın “Maritsa” komandası ilə qarşılaşacaq.
CEV Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
29 oktyabr
23:00. Mladost (Xorvatiya) - Turan (Azərbaycan)
Zaqreb. "Dom Odbojke Bojan Stranic".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər