Azərbaycan Kuboku: Son 1/8 finalçılar müəyyənləşir

Azərbaycan Kuboku: Son 1/8 finalçılar müəyyənləşir
Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə yekun vurulur.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edən turun bağlanış günündə 2 matç baş tutacaq.
1/8 finala adlayacaq son iki komanda saat 14:00-da başlayacaq "Xankəndi" – "Gəncəbasar" və "Zəngəzur" – "Karvan Yevlax" görüşlərindən sonra müəyyənləşəcək.
Qeyd edək ki, 27-28 oktyabrda keçirilən 10 qarşılaşmadan sonra "Araz-Naxçıvan", "Marafon", "Sumqayıt", "Qəbələ", "Zirə", "İmişli", "Şamaxı", "Şahdağ Qusar", "Şəfa" və "Kəpəz" mərhələ adlayıb. "Qarabağ", "Sabah", "Neftçi" və "Turan Tovuz"un rəqiblərini bu raundda gözlədiyini nəzərə alsaq, ümumi say 14-ə çatır.
Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi
29 oktyabr
14:00. "Xankəndi" – "Gəncəbasar"
Hakimlər: Mahmud Bağırzadə, Sənan Atayev, Safalı Ağayev, Hacıağa Həsənov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
14:00. "Zəngəzur" – "Karvan Yevlax"
Hakimlər: Ceyhun Hüseynov, Vüqar Bayramov, Samir Qaracayev, Ləman Əmirli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə. Qəsəbə stadionu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər