Millimizdən böyükhesablı qələbə

Millimizdən böyükhesablı qələbə
Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında Azərbaycan yığması növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda C Divizionu çərçivəsində Mozambik (Moçambique, Mozambique) seçməsi ilə qarşılaşıb.
Millimiz rəqibini 4:1 hesabı ilə məğlub edib.
Yığmamız Kuba (Cuba) - Vyetnam (Vietnam) duelində qələbə qazanan kollektiv ilə üz-üzə gələcək. Görüş 19:30-da başlayacaq.
Xatırladaq ki, Azərbaycan millisi AF qrupunda 9 xal toplayaraq üçüncü yeri tutub və C Divizionuna yüksəlib. Yığmamız qrup mərhələsində Timor-Lesteni 6:0, Andorranı 1:0, İsraili (Israel) isə 3:1 hesabı ilə məğlub edib. Komanda Avstraliyaya (Australia) 1:3, Haitiyə (Haïti) 0:4 hesabı ilə yenilib.
81-96-cı yerlər uğrunda mübarizə aparan Azərbaycan millisi C Divizionundakı ilk görüşündə Çiliyə (Chile) 1:3 hesabı ilə uduzub. Komandamız növbəti matçda isə Cəbəllütariqi (Gibraltar) 5:1 hesabı ilə məğlub edib.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər