“Sabah”la matçdan öncə “Turan Tovuz”da üzlər gülür

“Sabah”la matçdan öncə “Turan Tovuz”da üzlər gülür
Misli Premyer Liqasının 10-cu turunda "Sabah" ilə üz-üzə gələcək "Turan Tovuz"un heyəti ilə bağlı son durum bəlli olub.
Bu barədə Fanat.Az-a qərb təmsilçisinin sözçüsü Süleyman Tağıyev məlumat verib:
“Zədəli və cəzalı futbolçumuz yoxdur”.
O, Kurban Berdiyevin (Kurban Berdyev) baş məşqçi olduğu kollektivin "Sabah"la görüşə tam heyətlə hazırlaşdığını söyləyib.
Qeyd edək ki, tərəflər 30 oktyabrda Tovuz şəhər stadionunda qarşılaşacaqlar. Görüşün start fiti saat 18:30-da səsləndiriləcək.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər