Misli Premyer Liqasının 10-cu turunda "Turan Tovuz" ilə üz-üzə gələcək "Sabah"ın heyətində son vəziyyət bəlli olub.
Klubun sözçüsü Elnur Həmidovun Fanat.Az-a verdiyi məlumata görə, hazırda "bayquşlar"ın sıralarında cəzalı və ya zədəli oyunçu yoxdur.
O, komandanın "Turan Tovuz" ilə matça tam heyətlə hazırlaşdığını bildirib.
Qeyd edək ki, tərəflər 30 oktyabrda Tovuz şəhər stadionunda üz-üzə gələcəklər. Oyunun start fiti saat 18:30-da səsləndiriləcək.
Əlisahib İbrahimli