Bu yay keçdiyi "Qalatasaray"dakı (Galatasaray) oyunu ilə diqqətləri üzərinə çəkən yarımmüdafiəçi Aleksey Batrakovu heyətinə qatmaq istəyən klublardan birinin adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı türkiyəli jurnalist və insayder Ali Naci Küçük yayıb.
Məlumata görə, Rusiya millisinin 21 yaşlı üzvünün xidmətində Fransa təmsilçisi "Monako" (Monaco) maraqlıdır.
Xatırladaq ki, Batrakov Moskva "Lokomotiv"inin (Lokomotiv Moscow) yetirməsidir. İstanbul nəhəngi onu məhz bu klubdan transfer edib. "Aslanlar"ın forması ilə 10 rəsmi matça çıxan orta xətt oyunçusu bu qarşılaşmalarda 2 qol və 3 məhsuldar ötürmə ilə diqqət çəkib. Aleksey hər 2 qola UEFA Çempionlar Liqasında imza atıb.
Nihat