"Santos"un hücumçusu Neymar Braziliya çempionatının növbəti üç oyununda komandasına kömək edə bilməyəcək.
Fanat.Az xəbər verir ki, məlumatı "Globo" yayıb.
Mənbənin məlumatına görə, 34 yaşlı hücumçu Braziliya Ali İdman Məhkəməsinin (STJD) İntizam Komissiyasının qərarına əsasən iki oyunu buraxacaq. O, həmçinin sarı vərəqələrin çoxluğu səbəbindən daha bir oyunda iştirak edə bilməyəcək.
Cəza 32-ci turun "Bahia" ilə oyununda (1:1) baş verən hadisədən qaynaqlanıb. Neymar fasilədə rəqib yarımmüdafiəçi Rodriqo Nestorla (Rodrigo Nestor) mübahisə edib və ağzını əli ilə tutub. Hadisədən sonra braziliyalı birbaşa qırmızı vərəqə alıb.
Beləliklə, hücumçu ötən gecə "Palmeyras"la (Palmeiras) baş tutan oyunu (0:0), həmçinin, noyabrın 2-də "Braqantino" (Bragantino) və noyabrın 18-də "Kuritiba" (Coritiba) ilə oyunları buraxmaq məcburiyyətində qalıb.
Mirağa