Misli Premyer Liqasının 10-cu turunda "Zirə"ni qəbul edəcək "Araz-Naxçıvan"ın heyəti ilə bağlı son vəziyyət bəlli olub.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, heyətdə cəzalı oyunçu yoxdur.
"Zirə"yə qarşı oynamayacaq yeganə futbolçu burkina fasolu müdafiəçi İssuf Parodur (Issouf Paro) ki, onun da durumu olduqca böyük təəssüf doğurur. Sağ ayağının xaçvari diz bağları qopan legioner əməliyyat ediləcək və uzun müddət kənarda qalacaq.
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Zirə" matçı oktyabrın 31-də keçiriləcək. Şamaxı şəhər stadionunda baş tutacaq görüşün start fiti 15:00-da səsləndiriləcək.
Nihat