Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinə bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, son oyun günündə daha iki 1/8 finalçının adına aydınlıq gələcək.
1-ci Liqa təmsilçilərinin duelində "Xankəndi" "Gəncəbasar"la münasibətlərə aydınlıq gətirəcək. Sözügedən liqanın digər iştirakçısı "Karvan-Yevlax" isə 2-ci Liqada çıxış edən "Zəngəzur"la üz-üzə gələcək. Hər iki qarşılaşma saat 14:00-da start götürəcək.
Xatırladaq ki, raundun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Şimal"ı (6:0), "Marafon" "Zaqatala"nı (1:0), "Sumqayıt" "Kür-Araz"ı (11:0), "Qəbələ" "Mingəçevir"i (3:0), "Zirə" "Səbail"i (2:2, p. - 3:2), "İmişli" "Qaradağ Lökbatan"ı (4:1), "Şamaxı" "Hypers"i (5:1), "Şahdağ Qusar" MOİK-i (9:1), "Şəfa" "Ağstafa Gəncləri"ni (9:2), "Kəpəz" "Baku Sportinq"i (3:1) məğlub edərək mərhələ adlayıb. "Qarabağ", "Sabah", "Neftçi" və "Turan Tovuz" isə mübarizəyə 1/8 finalda qoşulacaq.
Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi
29 oktyabr
14:00. "Xankəndi" – "Gəncəbasar"
Hakimlər: Mahmud Bağırzadə, Sənan Atayev, Safalı Ağayev, Hacıağa Həsənov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
“Xankəndi”: 96. Elməddin Məmmədov, 77. Əziz Hüseynov (k), 88. Müşfiq Teymurov, 25. Nihad Tamazov, 3. İzzət Müştaqov, 17. Taleh Fərmanov, 19. Musa Musazadə, 93. Səbuhi Qurbanov, 21. Kənan Baxışov, 31. Kristian Kamta (Christian Kamta), 26. Mesoma Solomon.
Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 7. Bəhruz Teymurov, 10. Rəhman Şabanov, 5. Ramin Abdullayev, 91. Həsən Hüseyn, 11. Cahari Lourens (Cahari Lawrence).
Baş məşqçi: Röyal Nəcəfov.
“Gəncəbasar”: 1. Səlim Həşimov, 20. Mahir Həsənov (k), 52. Emil Bayramov, 88. Tuqay Əlizadə, 10. Samir Məhərrəmli, 77. Ülvü Mədətov, 99. Nihat Fərəci, 15. Cavad Kərimov, 7. İlham Hüseynov, 23. Sənan Əliyev, 21. Kristupas Padegimas.
Ehtiyat oyunçular: 22. Novruz Rəhimov, 80. Tural Rzayev, 18. Süleyman Əhmədov, 2. Seymur Rəhimov, 11. Emin Məcidzadə, 13. İslam Nəcəfli, 44. Rüfət Tahirov, 8. Dinamin Bağırov, 9. Dileyn Açimi (Dylan Akimi), 70. Paulo Quimbila, 12. Entoni Hunpe (Anthony Honpe), 17. Derek Osey (Derrick Osei).
Baş məşqçi: Elhad Nəziri.
14:00. "Zəngəzur" – "Karvan Yevlax"
Hakimlər: Ceyhun Hüseynov, Vüqar Bayramov, Samir Qaracayev, Ləman Əmirli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə. Qəsəbə stadionu.
“Zəngəzur”: 36. Əmrah Məmmədli, 5. Ramil Əhmədov, 11. Tural Qurbatov, 38. Salman Atluxanov, 17. Nurlan Quliyev, 23. Rövşən Şahmuradov, 8. Tolqar Yaqubov, 70. Mehman Süleymanlı, 55. Firuz Əhmədov, 4. Əliəkbər Şəbiyev (k), 2. Ramil Rüstəmov.
Ehtiyat oyunçular: 99. Şahin Zəkiyev, 10. Elgün Abbaslı, 7. Cavid Tağıyev, 9. Nurlan Novruzov, 19. Ruslan Voronsov (Ruslan Vorontsov), 3. Said Əliyev, 44. Nihad Əmrahzadə, 18. İsmayıl İsmayılov.
Baş məşqçi: Ravil Hüseynov.
“Karvan-Yevlax”: 27. Əkpər Vəliyev, 39. Sadiq Quliyev (k), 96. İlkin Muradov, 22. Elçin Mustafayev, 60. Elmin Bayramov, 81. Xəyal Muradov, 17. Kamal Kazımov, 32. Rəhim Cəfərli, 20. Entoni Uzodimma (Anthony Uzodimma), 16. Obicon Onyeka (Obichukwu Onyeka), 87. Əbdül Əziz.
Ehtiyat oyunçular: 72. Rustam Samiqullin (Rustam Samigullin), 9. İbrahim Əliyev, 70. Asim Əlizadə, 7. Turan Vəlizadə, 6. Nemət Musayev, 10. Samir Abdullayev, 4. Mirəli Əhmədov, 14. Lətif Rzayev, 66. Ramil İsmayıllı, 77. Eze Sillas (Eze Silas), 88. Brenner Dos Santos.
Baş məşqçi: Ramiz Məmmədov.