Misli Premyer Liqasının 10-cu turunda "Qarabağ"ı qəbul edəcək "Qəbələ"nin oyuna neçə itki ilə çıxacağı açıqlanıb.
"Qırmızı-qaralar"ın sözçüsü Elnur Məmmədlinin Fanat.Az-a verdiyi məlumata görə, heyətdə cəzalı oyunçu yoxdur.
O, yalnız qapıçı Artur Mottanın zədə səbəbindən "köhlənlər"lə qarşılaşmanı kənardan izləyəcəyini bildirib.
Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" matçı oktyabrın 31-də keçiriləcək. Görüşün start fiti 17:30-da səsləndiriləcək. Hazırda 18 xalı olan Ağdam təmsilçisi Premyer Liqanın turnir cədvəlinin 3-cü, 7 xala malik Qəbələ komandası isə 10-cu pilləsində mövqe tutub.
Nihat