Takeşi Okada postundan getdi

Takeşi Okada postundan getdi
Yaponiya Futbol Assosiasiyasının (YFA) vitse-prezidenti, ölkə millisinin sabiq baş məşqçisi Takeşi Okada (Takeshi Okada) postunu tərk edib.
Fanat.Az xəbər verir ki, məlumatı YFA-nın mətbuat xidməti yayıb.
Sözügedən qurum FİFA-nın (FIFA) yürütdüyü siyasətə qarşı çıxan və bu səbəbdən vəzifəsindən ayrılmağı uyğun sayan Okadanın şəxsi bəyanatını da ictimaiyyətə çatdırıb.
Qeyd edək ki, Okada 1998 və 2010-cu illərdə keçirilən dünya çempionatlarında Yaponiya millisinin "sükanı arxası"nda olub. 2010-cu ildə Cənubi Afrikada təşkil olunan mundialda Yaponiya yığması 1/8 finala yüksəlib, lakin penaltilər seriyasında Paraqvaya (Paraguay) məğlub olaraq turnirlə vidalaşıb.
Toğrul
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər