Təlim-Məşq Mərkəzində məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir

Təlim-Məşq Mərkəzində məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə milli komandaların Təlim-Məşq Mərkəzində məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir.
Fanat.Az xəbər verir ki, məlumatı ACF yayıb.
Avropa Cüdo Birliyinin (EJU) adaptiv cüdo üzrə baş komissarı Marina Draşkoviçin (Marina Drašković, Marina Draskovic) rəhbərlik etdiyi təlimin əsas məqsədi məşqçilərin bu sahədə nəzəri biliklərini genişləndirmək, praktiki bacarıqlarını təkmilləşdirmək və peşəkar hazırlıq səviyyələrini artırmaqdır.
Nəzəri və praktiki məşğələlərdən ibarət kursda 18 məşqçi iştirak edir. Praktiki hissədə ACF-nin adaptiv cüdo qrupunun üzvləri də yer alırlar.
Kursu uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər