Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında Azərbaycan millisi növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda Vyetnam (Việt Nam, Vietnam) millisi ilə üz-üzə gəlib.
Yığmamız görüşdə 2:4 hesabı ilə məğlub olub.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatının matçları Hövsan Yarış Kompleksində təşkil olunur. Turnirin final matçı Bakı Kristal Zalında keçiriləcək.
Əlisahib İbrahimli