“Real Madrid” və PSJ Rayan Şerki üçün yarışa qoşulub

“Real Madrid” və PSJ Rayan Şerki üçün yarışa qoşulub

“Real Madrid” və Fransanın PSJ (Paris Saint-Germain) klubları “Mançester Siti”nin (Manchester City) 23 yaşlı hücumameyilli futbolçusu Rayan Şerki (Rayan Cherki) ilə yaxından maraqlanırlar.

Fanat.Az xəbər verir ki, transfer dəyəri təxminən 90 milyon avro qiymətləndirilən fransalı futbolçunu “Mançester Siti” heyətdə saxlamaq niyyətindədir.
Klub yalnız müstəsna və ya böyük təklif olacağı halda Şerkinin satışını nəzərdən keçirə bilər.
Rayan Şerkinin “Mançester Siti” ilə müqaviləsi 2030-cu ilə qədərdir.
Futbolçuya həmçinin “Liverpul” (Liverpool), “Arsenal”, “Çelsi” (Chelsea) və “Bavariya” (Bayern München, Bayern Munich) klubları da maraq göstərir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər