FIBA Avropa Kuboku: "Gəncə" "Sportinq"i məğlub etdi

FIBA Avropa Kuboku: "Gəncə" "Sportinq"i məğlub etdi

"Gəncə" basketbol komandası FIBA Avropa Kubokunda üçüncü oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, IV turda Portuqaliyanın "Sportinq" (Sporting, Sporting CP) klubunu qəbul edən Murad Dikmənin (Murad Dikmen) baş məşqçisi olduğu komanda 69:67 hesablı qələbə qazanıb.

Qarşılaşma Gəncə İdman Sarayında keçirilib.

Xatırladaq ki, "Gəncə" yer aldığı C qrupunda daha əvvəl Yunanıstan təmsilçisi "Kolossos"a (62:80) və Türkiyənin "Esenler Erokspor" klubuna uduzub - 63:92. Komandanın III turda "Rilski Sportist" (Bolqarıstan) ilə qarşılaşması təxirə salınıb

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər