“Liverpul” (Liverpool) “Barselona”nın (Barcelona) yarımmüdafiəçisi Qavini (Gavi) transfer etmək imkanlarını dəyərləndirir.
Fanat.Az xəbər verir ki, “Liverpul” 2027-ci ilin yay transfer pəncərəsində Qavini heyətinə qatmaq ehtimalını nəzərdən keçirir.
İngiltərə təmsilçisi 22 yaşlı Qavini Aleksis Mak Allisterin (Alexis Mac Allister) potensial əvəzləyicisi kimi görür.
Rodrinin “Barselona”ya keçidindən sonra baş məşqçi Hansi Flikin (Hansi Flick) rəhbərliyi altında Qavinin oyun müddəti azalıb.
Qavinin “Barselona” ilə müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.
“Liverpul” isə hələ ki, Mak Allisterə yeni müqavilə təklif etməyib.