"Arsenal", "Çelsi" (Chelsea) və "Mançester Yunayted" (Manchester United) klubları "Komo"nun (Como) 21 yaşlı mərkəz müdafiəçisi Yakobo Ramon (Jacobo Ramón) üçün rəqabət aparırlar.
Fanat.Az xəbər verir ki, transfer dəyəri 50 milyon avro qiymətləndirilən gənc futbolçu bu mövsüm keçirdiyi 12 oyunda 3 qol vuraraq Premyer Liqa klublarının diqqətini çəkib.
Sabiq klubu "Real Madrid" isə 2027-ci il üçün 9 milyon avroluq geri alma opsiyasına və 50%-lik növbəti satış payına sahib olduğu üçün digər klublara nisbətən daha üstün mövqedədir.