Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turu çərçivəsində Norveçin “Vikinq” (Viking) klubu ilə “Sabah” arasında keçiriləcək qarşılaşmaya böyük maraq var.
Fanat.Az xəbər verir ki, Stavanger şəhərindəki “Lyse Arena”da baş tutacaq matçın biletləri tamamilə tükənib.
Məlumata görə, yerli azarkeşlər “Sabah”la görüşü mövsümün ən vacib qarşılaşmalarından biri kimi qiymətləndirirlər.
Qarşılaşma öncəsi tribunalarda xüsusi şou-proqramın da hazırlanacağı bildirilir.
Xatırladaq ki, “Lyse Arena”nın tribunaları ümumilikdə 15 900 tamaşaçı tutumuna malikdir.
Kamil Xudiyev