Azərbaycanın qadınlardan ibarət “Turan” komandası voleybol üzrə CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsində cavab oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Tovuz təmsilçisi səfərdə Xorvatiyanın “Mladost Zaqreb” (Mladost Zagreb) klubu ilə üz-üzə gəlib.
Görüş komandamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, ilk oyunda da rəqibini 3:0 hesabı ilə məğlub edən “Turan” iki görüşün nəticəsinə əsasən növbəti mərhələyə yüksəlib.
Azərbaycan təmsilçisi növbəti mərhələdə Bolqarıstanın “Maritsa Plovdiv” komandası ilə qarşılaşacaq.