Norveç çempionatının 25-ci həftəsində “Bodo Qlimt” (Bodø/Glimt, Bodo/Glimt) “Sabah”ın Çempionlar Liqasındakı rəqibi “Vikinq”i (Viking) qəbul edib.
Fanat.Az xəbər verir ki, görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Maraqlıdır ki, bu gün “Sabah” da səfərdə “Turan Tovuz”a eyni hesabla uduzub.
Qeyd edək ki, “Vikinq” - “Sabah” qarşılaşması Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək. Oyun Bakı vaxtı ilə noyabrın 5-də saat 00:00-da başlayacaq.