"Əlimizdən gələni edəcəyik ki, "qara zolaq"dan çıxaq" - "Şəfa"nın müdafiəçisi

"Əlimizdən gələni edəcəyik ki, "qara zolaq"dan çıxaq" - "Şəfa"nın müdafiəçisi
Premyer Liqanın debütantı "Şəfa" 10-cu turda "Sumqayıt"la qarşılaşacaq. Çempionatın geridə qalan bölümündə 3 xal qazanan "hepardlar" Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində 2-ci Liqa təmsilçisi "Ağstafa Gəncləri"ni 9:2 hesabı ilə məğlub etdi.
Bakı təmsilçisinin müdafiəçisi Nihad Quliyev "kimyaçılar"la görüş ərəfəsində fikirlərini Fanat.Az-a bölüşdü:
"Sumqayıt"la oyundan öncə “Ağstafa Gəncləri” ilə matçdakı qələbə komandaya yaxşı əhval-ruhiyyə bəxş etdi. Düzdür, çempionatda istədiyimiz kimi çıxış edə bilmirik. Son iki matçda hesabda öndə olduğumuz halda, oyunu əldən veririk. Səhvlərimizin üzərində çalışırıq. İnanıram ki, "Sumqayıt"la oyunda daha yaxşı olacağıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, "qara zolaq"dan çıxaq, qələbə qazanaq və qələbələrimizi sıralayaq".
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər