Arda Gülər niyə fərdi məşqlər edir?

Arda Gülər niyə fərdi məşqlər edir?
İspaniyanın “Real Madrid” klubunun futbolçusu Arda Gülər (Arda Güler, Arda Guler) komanda ilə ümumi məşqlərdə iştirak etmir.
Fanat.Az xəbər verir ki, informasiyanı “Goal.com” yayıb.
Məlumata görə, türkiyəli yarımmüdafiəçi ardıcıl ikinci gündür fərdi proqram üzrə çalışır.
21 yaşlı futbolçu “Barselona” (Barcelona) ilə keçirilən “El-Klasiko”dan sonra yüngül əzələ yorğunluğu yaşayır. Bu səbəbdən məşqçilər heyəti onun fiziki vəziyyətini nəzərə alaraq fərdi məşq proqramı tətbiq edir.
Qeyd olunur ki, Arda Gülərin vəziyyəti ciddi narahatlıq doğurmur. Onun noyabrın 1-də “Rasinq Santander”lə (Racing Santander) keçiriləcək oyunda iştirak etməsi gözlənilir.
Xatırladaq ki, Arda Gülər bu mövsüm “Real Madrid”in heyətində bütün turnirlərdə 12 matçda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər