Kerrik Fernandeşlə bağlı qərarını verdi

Kerrik Fernandeşlə bağlı qərarını verdi
İngiltərənin “Mançester Yunayted” (Manchester United) klubunun baş məşqçisi Maykl Kerrik (Michael Carrick) Brunu Fernandeşin (Bruno Fernandes) komandanın kapitanı olaraq qalacağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı “Reuters” yayıb.
Məlumata görə, mütəxəssis portuqaliyalı futbolçunun klubda qalmağa və komandaya kömək etməyə tam sadiq olduğunu bildirib.
Qeyd edək ki, Fernandeş UEFA Çempionlar Liqasının “Komo”ya (Como) qarşı keçirilən matçında (1:4) məğlubiyyətdən sonra komandanın oyun taktikasını tənqid edib. Bundan sonra Kerrik onu İngiltərə Premyer Liqasının “Bornmut”la (Bournemouth) görüşündə (0:3) ehtiyat oyunçular skamyasında saxlayıb.
Tərəflər arasında yaranan narazılıqdan sonra görüş keçirilib və fikir ayrılığının aradan qaldırıldığı bildirilib.
“Brunu bu futbol klubuna tam sadiqdir və heç bir problem yoxdur. Biz irəli baxırıq və şənbə günü keçiriləcək oyuna köklənirik. O, uzun illərdir komandaya uğurla rəhbərlik edir və bunu davam etdirəcək”, - deyə Kerrik vurğulayıb.
Xatırladaq ki, “Mançester Yunayted” növbəti oyununu oktyabrın 31-də səfərdə “Çelsi”yə (Chelsea) qarşı keçirəcək.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər