Rafinyadan rəqibləri üzəcək xəbər

Rafinyadan rəqibləri üzəcək xəbər
İspaniyanın “Barselona” (Barcelona) klubunda braziliyalı futbolçu Rafinya (Raphinha) ilə bağlı sevindirici xəbər var.
Fanat.Az xəbər verir ki, informasiyanı “RotoWire” yayıb.
Mənbənin məlumatına görə, 29 yaşlı vinger oktyabrın 29-da komanda ilə birlikdə məşqlərə başlayıb.
Rafinya həftənin əvvəlində dərisindəki kiçik kistanın götürülməsi üçün tibbi prosedurdan keçdiyindən çərşənbə günü məşqdə iştirak etməyib. Lakin futbolçunun vəziyyəti yaxşılaşıb və o, komandanın tam məşqlərinə qayıdıb.
Braziliyalı oyunçunun oktyabrın 31-də “Alaves”ə (Alavés) qarşı keçiriləcək La Liqa matçında meydana çıxmaq imkanı olacaq.
Qeyd edək ki, Raphinha bu mövsüm “Barselona”nın heyətində 9 oyunda 13 qol vurub. O, sonuncu dəfə “Real Madrid”lə qarşılaşmada (1:2) fərqlənib.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər