Azərbaycan çempionu "Araz-Naxçıvan" bu gün futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində növbəti - sonuncu oyununa çıxır.
Fanat.Az xəbər verir ki, 5-ci qrupda yer alan təmsilçimiz 3-cü turun oyununda Polşa komandası "Piast" ilə qarşılaşacaq.
Qlivitse şəhərindəki "Prezero Arena"da baş tutacaq görüş Bakı vaxtı ilə 17:30-da start götürəcək.
Qeyd edək ki, Naxçıvan komandası əvvəlki turlarda Macarıstanın "Uypeşt" (Újpest, Ujpest) komandasına 5:4 qalib gəlib, Bosniya və Herseqovinanın "Bubamara" kollektivinə isə 3:5 uduzub. "Qırmızı-ağlar" qrupdan lider kimi çıxmaq üçün meydan sahiblərinə qalib gəlməli və bosniyalıların büdrəməsinə ümid etməlidir.
Çempionlar Liqası
Əsas mərhələ, 5-ci qrup
30 oktyabr
22:00. "Piast" (Polşa) – "Araz-Naxçıvan" (Azərbaycan)
Qlivitse. "Prezero Arena".
Xal durumu: "Piast" – 4 xal, "Bubamar" - 3, "Araz Naxçıvan" – 3, "Uypeşt" – 0.