“Barselona” onun transferində israrlıdır

“Barselona” onun transferində israrlıdır
İspaniyanın “Barselona” (Barcelona) klubu Almaniyanın “Ştutqart” (Stuttgart) komandasında çıxış edən Finn Elçi (Finn Elçi, Finn Elci) heyətinə qatmaq niyyətindədir.
Fanat.Az xəbər verir ki, informasiyanı “Barca Blaugranes” yayıb.
Bildirilir ki, kataloniyalılar 20 yaşlı mərkəz müdafiəçisinin çıxışını yaxından izləyir. Baş məşqçi Hans-Diter Flik (Hans-Dieter Flick) də həmyerlisinin oyunundan razıdır və onun transferini istəyir.
“Barselona” artıq futbolçunu izləmək üçün skautlarını Almaniyaya göndərib. İlkin müşahidələrin müsbət olduğu bildirilir.
Elçin transfer dəyərinin təxminən 60 milyon avro olduğu qeyd edilir. Lakin Kataloniya təmsilçisinin maliyyə vəziyyətini nəzərə alsaq, futbolçunun qış transfer pəncərəsində transferi çətin görünür. Daha real variant 2027-ci ilin yayında keçidin reallaşmasıdır.
Qeyd edək ki, Finn Elç 2025-ci ildə “Nürnberq”dən (Nürnberg, Nuremberg) “Ştutqart”a keçib. Onun Almaniya klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir. Müdafiəçiyə “Liverpul” (Liverpool) və “Real Madrid”in də maraq göstərdiyi bildirilir.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər