Dünya çempionatı: Meşvildişvili yarımfinalda!

Dünya çempionatı: Meşvildişvili yarımfinalda!
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili (Giorgi Meshvildishvili) Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında növbəti qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, 125 kq çəki dərəcəsində yarışan güləşçimiz 1/4 finalda türkiyəli Hakan Büyükçınqılı (Hakan Büyükçıngıl, Hakan Buyukcınkıl) 10:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Meşvildişvili 1/8 finalda Nambardagva Batbayarı (Monqolustan) 10:0 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, bu gün mübarizəyə qoşulan digər üç güləşçidən Kənan Heybətov (70 kq) ilk döyüşündə Vasil Şuptarı (Ukrayna) 8:2 hesabı ilə məğlub edərək 1/4-ə yüksəlib. O, yarımfinala vəsiqə uğrunda Zane Rutherford (ABŞ) ilə qarşılaşacaq. 86 kq çəki dərəcəsində yarışan Arseni Djioev (Arseniy Djioev) də mübarizəyə qələbə ilə başlayıb və Xıdır Saypudinovu (Bəhreyn) 7:1 hesabı ilə məğlub edib. O, 1/8 finalda o, Pushpender Dalalı (Hindistan) 7:2 hesabı ilə üstələyərək növbəti mərhələ adlayıb. Djioev 1/4-də Georgios Kougioumtsidis (Yunanıstan) ilə qarşılaşacaq.
61 kq çəkidə güləşən Nurəddin Novruzov isə turnirdəki debütündə qazaxıstanlı Asıl Aytakına (Asıl Aytakın, Asyl Aitakyn) 4:5 hesabı ilə məğlub olub.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər