İkinci Liqa təmsilçisi "Marafon"un (Marathon) hücumçusu Emil Quluzadə ailə həyatı qurur.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, o, bu gün subaylığın daşını atacaq.
Azərbaycanlı futbolçunun toy mərasimi "Golden Palace Baku"da baş tutacaq
24 yaşlı forvard ötən yay "Qaradağ Lökbatan"dan Sabirabad təmsilçisinə transfer olunub. O, daha əvvəl "Difai"də forma geyinib. "Neftçi"nin yetirməsi olan, uşaq futbolunda "Vətən"də də çıxış edən Quluzadə birinci və ikinci liqada çıxış edərkən bir neçə dəfə PFL tərəfindən "Ayın Qolu" layihəsinin qalibi kimi mükafatlandırılıb.
Mirağa