Dünya çempionatı: Heybətov və Meşvildişvili 1/4 finala yüksəldi

Dünya çempionatı: Heybətov və Meşvildişvili 1/4 finala yüksəldi
Qazaxıstanın Astana şəhərində keçirilən güləş üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışın yeddinci günündə dörd sərbəst güləşçimiz yarışır.
61 kq çəkidə güləşən Nurəddin Novruzov turnirdəki debütündə qazaxıstanlı Asıl Aytakına (Asıl Aytakın, Asyl Aitakyn) 4:5 hesabı ilə məğlub olub.
Arseni Cioyev (86 kq) mübarizəyə qələbə ilə başlayıb. O, Xıdır Saypudinovu (Bəhreyn) 7:1 hesabı ilə məğlub edib və 1/8 finala yüksəlib.
125 kq çəki dərəcəsində mübarizə aparan Giorgi Meşvildişvili (Giorgi Meshvildishvili) 1/8 finalda Nambardagva Batbayarı (Monqolustan) 10:0 hesabı ilə məğlub edərək 1/4-ə vəsiqə qazanıb. O, yarımfinala vəsiqə uğrunda Türkiyə idmançısı Hakan Böyükçingillə (Hakan Büyükçingil, Hakan Buyukcingil) qarşılaşacaq.
Kənan Heybətovun (70 kq) ilk rəqibi Vasil Şuptar (Ukrayna) olub. O, rəqibini 8:2 hesabı ilə yenərək 1/4 finala yüksəlib.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər