"Böyük Dəbilqə": Hidayətlə Südabədən qələbə, Kamran Özbəkistan təmsilçisi ilə üz-üzə

"Böyük Dəbilqə": Hidayətlə Südabədən qələbə, Kamran Özbəkistan təmsilçisi ilə üz-üzə
Bu gün Azərbaycanın daha üç cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayacaq.
Fanat.Az-ın məlumatına görə, yarışın ikinci günündə olimpiya çempionu Hidayət Heydərov (73 kq) da tatamiyə çıxıb.
İlk görüşündə Luçian Bors Demetreskunu (Rumıniya) üstələyən Hidayət adını 1/8 finala yüksəlib.
Kamran Süleymanov (73 kq) özbək Zamokşari Bekmurodovla (Zamokshari Bekmurodov) üz-üzə gələcəksə, Südabə Ağayeva (70 kq) startda Nensi Queni (ABŞ) yenərək adını 1/8 finala yazdırıb.
Xatırladaq ki, ötən gün Azərbaycan təmsilçilərindən Balabəy Ağayev (60 kq), Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) bürünc müdal qazanıb.
Toğrul
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər