Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında Azərbaycan yığması növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda Əfqanıstanla (Afghanistan) üzləşib.
Görüş 3:3 hesabı ilə başa çatıb və penaltilər seriyasına keçid edilib. Əfqanıstan yığması "lotoreya"da 3:2 qalib gəlib.
Bununla da millimiz 84-cü yerdə qərarlaşıb.
Bu gün başa çatacaq U-15 dünya çempionatının matçları Hövsan Yarış Kompleksində təşkil olunur. Turnirin final matçı Bakı Kristal Zalında keçiriləcək.
Əlisahib İbrahimli