Derbi bitdi, cəzalar başladı

Derbi bitdi, cəzalar başladı
Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Şurası (PFDK) “Qalatasaray” - “Fənərbağça” derbisindən sonra baş verən insidentlərlə bağlı qərarlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, “Fənərbağça”nın futbolçusu Arçi Braun (Archie Brown) 3, “Qalatasaray”ın müdafiəçisi Abdülkerim Bardakçı isə 2 oyunluq diskvalifikasiya edilib.
Bundan əlavə, Braun 100 min, Bardakçı isə 67 min Türkiyə lirəsi məbləğində cərimələnib.
Qeyd edək ki, oktyabrın 26-da keçirilən və “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmadan sonra hər iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Oyunun final fitindən sonra meydanda baş verən qarşıdurma zamanı Bardakçı və Braun arasında fiziki təmas olub. Təhlükəsizlik əməkdaşlarının müdaxiləsindən sonra vəziyyət nəzarətə götürülüb. Baş hakim Atilla Karaoğlan hər iki futbolçuya qırmızı vərəqə göstərib.
PFDK klublara da maliyyə sanksiyaları tətbiq edib. “Qalatasaray” 2 milyon 120 min, “Fənərbağça” isə 1 milyon 280 min lirə cərimələnib. Həmçinin hər iki klubun azarkeşlərinin müəyyən tribunadakı yerlərinə növbəti oyunlarda giriş məhdudiyyəti qoyulub.
“Qalatasaray”ın məşqçisi Serhat Doğan da idmana yaraşmayan davranışına görə 21 günlük futboldan məhrumetmə cəzası və 50 min lirə cərimə alıb.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər