"Liverpul" (Liverpool) və "Tottenhem" (Tottenham Hotspur) klubları "Hall Siti"nin (Hull City) yunanıstanlı qapıçısı Konstantinos Tzolakisi (Konstantinos Tzolakis) diqqətlə izləyirlər.
Fanat.Az xəbər verir ki, təcrübəli qolkiper bu mövsüm komandası ilə möhtəşəm bir başlanğıca imza ataraq İngiltərə Premyer Liqası təmsilçilərinin radarında əsas transfer hədəfinə çevrilib.
Hər iki klub gənc qapıçını öz transfer siyahısına daxil edib və onun vəziyyətini yaxından öyrənir.
Tzolakisin yanvar və ya yay transfer pəncərəsində İngiltərə elitasında klub dəyişdirəcəyi gözlənilir.