"Komo" Niko Pası yanvarda heyətdə saxlamaqda qərarlıdır

"Komo" Niko Pası yanvarda heyətdə saxlamaqda qərarlıdır

İtaliyanın "Komo" (Como) klubu "Çelsi" (Chelsea), "Mançester Yunayted" (Manchester United) və "Arsenal"ın artan marağına baxmayaraq, Niko Pası (Nico Paz) yanvar ayında komandada saxlamaq niyyətindədir.

Fanat.Az xəbər verir ki, A Seriyası təmsilçisi argentinalı hücumameyilli yarımmüdafiəçini satmaq barədə heç bir plan qurmur.

Klub rəhbərliyinin qış transfer pəncərəsində gələcək bütün rəsmi təklifləri birbaşa rədd edəcəyi gözlənilir.

20 yaşlı futbolçu bu mövsüm göstərdiyi performansla Avropanın ən aparıcı klublarının diqqət mərkəzinə düşməyi bacarıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər