Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi baş tutub.
Fanat.Az xəbər verir ki, mərasim Bakı Kristal Zalında təşkil olunub.
A Divizionunun final qarşılaşması keçirilib. Həlledici oyunda İspaniya (España, Spain) və Çexiya (Česko, Czech Republic) yığmaları üz-üzə gəlib.
İspaniya millisi 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, qarşılaşmanı Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib.
Əlisahib İbrahimli