Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasiminə start verilib.
Fanat.Az xəbər verir ki, mərasim Bakı Kristal Zalında təşkil olunub.
Oktyabrın 24-də başlayan turnirdə FIFA-ya üzv assosiasiyaları təmsil edən 189 ölkənin komandaları mübarizə aparıb. Azərbaycan yığması turniri 84-cü pillədə tamamlayıb.

U-15 dünya çempionatının oyunları Hövsan Yarış Kompleksində təşkil olunub. Turnirin açılış mərasimi və final görüşləri isə Bakı Kristal Zalında baş tutub.
Bu gün saat 18:00-da A Divizionunun final qarşılaşması keçiriləcək. Həlledici oyunda İspaniya (España, Spain) və Çexiya (Česko, Czech Republic) milliləri üz-üzə gələcəklər.
Əlisahib İbrahimli