Azərbaycan sərbəst güləşçisi Giorgi Meşvildişvili (125 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.
Fanat.Az xəbər verir ki, o, yarımfinalda rusiyalı Abdulla Kurbanovla qarşılaşıb.
Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Arseniy Djioyev (86 kq) isə finala yüksəlib.
Arsen yarımfinalda gürcüstanlı Vladimir Qamkrelidzeni (Vladimir Kamkrelidze) məğlub edib. Milliləşdirilmiş legioner finalda Kayl Deyklə (ABŞ) üz-üzə gələcək.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.
Nihat