Əbu-Dabidə (BƏƏ) "Böyük Dəbilqə" turniri davam edir.
Fanat.Az xəbər verir ki, turnirin ikinci günündə Azərbaycanın 3 cüdoçusu mübarizəyə qoşulub.
1/4 finala qədər irəliləyən Hidayət Heydərov (73 kq) bu mərhələdə Masudi Ahmodzodəyə (Masudi Ahmodzoda) yenilib.
Kamran Süleymanov (73) üçün də gün uğurlu olmayıb. Stardan azad olan Kamran debütdə Zamohşari Bekmurodova (Özbəkistan) məğlub olaraq mübarizəni dayandırıb.
Südabə Ağayeva isə 1/8 finalda medal ümidini itirib. Onun qarşısını portuqaliyalı Tais Pina kəsib.
Hazırda Azərbaycanın hesabında 3 medal var. Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev isə bürünc medal əldə edib.
Nihat