"Sabah"ın basketbolçusu Frenki Fidler (Frankie Fidler) FIBA Çempionlar Liqasının 2026/2027 mövsümünün 4-cü həftəsinin ən yaxşı oyunçusu seçilib.
Fanat.Az "bayquşlar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, amerikalı basketbolçu azarkeşlər arasında keçirilən səsvermədə rəqiblərini geridə qoyaraq "Player of the Week" nominasiyasında qalib seçilib.
Fidler bu ada oktyabrın 27-də Fransanın "Nanter 92" (Nanterre 92) komandası ilə qarşılaşmada nümayiş etdirdiyi parlaq oyun sayəsində namizəd olub.
Təmsilçimizin 87:80 hesablı qələbəsi ilə başa çatan görüşdə Fidler 18 xal, 5 ribaund, 5 məhsuldar ötürmə və 2 topalma ilə yadda qalıb. Basketbolçunun effektivlik göstəricisi 21 olub.